RU

“Qələbə üçün vaxt lazımdır”

 

“Başımıza gələn fəlakətlə bağlı çoxlu suallar var. Biz bütün şəraiti araşdıracağıq, artıq dərs almağa başlamışıq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Biz hazırda qüvvələrimizi birləşdirib qələbəyə doğru irəliləməliyik. Bunun üçün isə qətiyyətli olmaq vacibdir, çünki qələbə üçün çox vaxt lazımdır”, – deyə Neyanyahu bildirib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Избранный
769
50
qafqazinfo.az

10Источники