RU

Aprelin 21 buraxılış imtahanı keçiriləcək

Aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, Bakının Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2, Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz –2, Quba – 2 rayonlarında, Bakının xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

www.anews.az
Избранный
225
9
anews.az

10Источники