RU

Azərbaycan uzun illər kiberhücumların hədəfinə çevrilib - Samir Məmmədov

Bakı. Trend:

Regionda baş verən münaqişələr kiberhücumlarla müşayiətedilirdi.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyatnazirinin müavini Samir Məmmədov XI Qlobal Bakı Forumunda “Süniintellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yenitəhlükəsizlik paradiqması”adlı panel iclasında çıxışı zamanıdeyib.

“Azərbaycan uzun illər kiberhücumların hədəfinə çevrilib.Aidiyyatı üzrə qurumlar kibertəhlükəsizliyə səylərini cəmlədi. Bizdaha çox sürətli rəqəmsal tərəfdən inkişaf etdikcə,kibertəhlükəsizlik tədbirləri buna uyğunlaşa bilmir.

Dünyada kiberhücumlar artır. Bu sahədə ekspertlərə ehtiyacduyulur. Bizdə bu cür ciddi problemlərlə üzləşirik. Daha çevik vəəlverişli strategiyalar işləyib hazırlamalıyıq. Beynəlxalqmüqavilələrə, sazişlərə qoşulmalıyıq. Kibermüharibənin qarşısınınalınması üçün bu labüddür”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM)tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş vəhazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatlarıiştirak edir.

Məqalədə:
Избранный
82
3
az.trend.az

4Источники