“Yuventus”un futbolçusu Duşan Vlahoviç azarkeşlərinə dünyaca məşhur brenddən olan bahalı saatını nümayiş etdirib.
Publika.az xəbər verir ki, serbiyalı forvard “Instagram”da geyindiyi yaşıl kostyumu və taxdığı bahalı “Patek Philippe” modelinin ” 5168G – Aquanaut Self-Winding” saatınıınn fotolarını yerləşdirib. Qeyd olunan aksesuarın qiyməti təxminən 50 min avrodur.
Yeri gəlmişkən, bu saatlar elit marka kimi tanınır. Onları əsasən cəmiyyətin zəngin təbəqələri taxır.