Daxili Qoşunların bir qrup hərbçisi təltif edilib - Sərəncam
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant