RU

Avropa parlamentariləri SEPAH-ın “terror təşkilatı” kimi tanınmasını tələb edirlər

Avropa Parlamenti (AP) və Avropa İttifaqına (Aİ) üzv ölkələrin milli parlamentlərinin 30-a yaxın üzvü Həmas hərəkatının başlatdığı əməliyyatdan sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “terror təşkilatları” siyahısına salınmasını tələb edib. Bu tələbin həyata keçirilməsi üçün petisiya hazırlanmasına rəhbərlik edən fransalı millət vəkili Benjamin Haddad, SEPAH-ın bölgədə terror və zorakılıq yaydığını ifadə edərək, "Həmasın arxasında İran teokratik rejimi dayanır" deyib.
Hafta.az-ın yazdığına görə, dərc olunan mətndə aşağıdakı ifadələr yer alıb: “Bir çox Avropa ölkələrində SEPAH-ın fəaliyyəti ilə bağlı çoxlu hüquqi sübutlar var. Bu, indi qəbul edilməli olan siyasi qərardır. SEPAH-ın terror təşkilatı sayılması məsələsi də bu qərarın tərkib hissəsi olmalıdır”.
Xatırladaq ki, Həmas ötən şənbə günü İsrailə raket zərbələri endirməklə gözlənilməz əməliyyata başlayıb. İsrail güclü hava və artilleriya bombardmanı ilə cavab verib və Qəzza zolağını tam mühasirəyə alıb. İsrail ordusu çərşənbə günü İsraildəki əməliyyatda ölənlərin sayının 1200-ə, İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayının isə 1730-a yüksəldiyini açıqlayıb.
İsrailin bölgədəki əzəli düşməni İran Həmasın hücumuna dəstəyini açıqlayıb.
Qeyd edək ki, hələ yanvar ayında AP məcburi olmayan səsvermədə SEPAH-ın Aİ-nin "terror təşkilatları" siyahısına daxil edilməsini tələb edib. Parlamentarilər o zaman bildiriblər ki, onların tələbləri SEPAH-ın sərt geyim qaydalarına əməl etmədiyi üçün İranın əxlaq polisi tərəfindən həbs edilərək öldürülən gənc qadın Məhsa Əmininin ölümündən sonra yaranan etiraz hərəkatlarının “yatırılmasına” müdaxiləsindən qaynaqlanır.
Tələb həm də Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi “pilotsuz uçuş aparatlarının təmin edilməsi” səbəbi ilə gəlib.
Tehran dəfələrlə xəbərdarlıq edib ki, siyasətdə və iqtisadiyyatda fundamental rola malik ideoloji hərbi qüvvə sayılan və əsas vəzifəsi İranda hakim rejimi qorumaq olan SEPAH-ı “terrorçu” təşkilat kimi təsnif etmək olmaz.
Bu arada, ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, prezident Co Bayden administrasiyası Yaxın Şərqdə yenidən baş verən münaqişələrlə bağlı İrana qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib, lakin heç bir qərar verilməyib.

Избранный
431
40
hafta.az

10Источники