Canni De Byazinin rəhbərlik etdiyi millimiz bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, yığma səfərdə Estoniya ilə üz-üzə gələcək. Tallində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmanı almaniyalı Robert Şröder idarə edəcək.
F qrupunun digər matçında Avstriya Belçikanı qəbul edəcək. Bu oyun saat 22:45-də başlayacaq.
AVRO-2024, seçmə mərhələ, yeddinci tur
20:00. Estoniya - Azərbaycan
Baş hakim: Robert Şröder. Kristian Cittelmann, Robert Vessel (Almaniya), Sandi Putros (Danimarka)
VAR hakimləri: Benyamin Brand, Paskal Müller
Tallin. "Le Koq Arena".
Səbuhi Həsənov