AZ

Millimiz bu gün səfərdə Estoniya ilə oynayacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün Avro-2024-ün seçmə mərhələsində 7-ci tur oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komandamız səfərdə Estoniya ilə qarşılaşacaq.

Tallində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan Estoniya ilə Bakıdakı matçda 1:1 hesablı heç-heçə edib.

Qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək.

Azərbaycan millisi hazırda F qrupunda 1 xalla (4 oyun) 5-ci, Estoniya 1 xalla (5 oyun) 6-cıdır.

13 oktyabr

20:00. Estoniya – Azərbaycan

Baş hakim: Xesus Xil Mansano (İspaniya)

22:45. Avstriya – Belçika

Seçilən
324
4
konkret.az

3Mənbələr