RU

Aİ liderləri Odessaya raket zərbələrini “xain hücum” adlandırdılar

Avropa İttifaqı Ukrayna prezidenti Volodimir Zelenski ilə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında Odessada keçirilən görüş zamanı Rusiyanın şəhərə raket zərbəsi endirməsini hiddətlə pisləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu hadisəni “yeni terror cəhdi” və “xain hücum” adlandırıb.

Yunanıstanın baş naziri bildirib ki, yaxınlıqlarında baş verən partlayış səslərini və xəbərdarlıq siqnalını eşidiblər: “Sığınacağa yetişməyə vaxtımız olmadı”.

Qeyd edək ki, partlayış nəticəsində azı 5 nəfər həlak olub. Ukraynanın dövlət başçısı həlak olanların ailələrinə başsağlığı verib.

Xatirə SADİQ,

KONKRET.az

Избранный
275
9
konkret.az

10Источники