AZ

Odessaya hücum - Ölənlər var

“Rusiya silahlı qüvvələri martın 6-da Odessanın liman infrastrukturuna raket hücumu həyata keçirib. Hücum nəticəsində ölənlər var”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

“Şəhərin liman infrastrukturuna hücum edilib. Beş ölü var”, - D.Pletençuk əlavə edib.

Onun sözlərinə görə, terror aktı nəticəsində yaralananların sayı hələ də müəyyənləşdirilir.

Xatırladaq ki, Odessaya raket zərbəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis şəhərdə olublar.

Yunanıstan mediası bildirib ki, zərbənin Yunanıstan nümayəndə heyətinin 150 metr məsafədə yerləşən Prezident Zelenskinin karvanına yönəldiyi iddia edilir.


Müəllif: Teleqraf.com
Seçilən
238
14
teleqraf.com

10Mənbələr