RU

Macarıstan qazı Ukraynadan yox, Türkiyədən almaq istəyir

Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacı yoxdur.

 

Oxu24.com  xəbər  verir  ki, bunu  ölkənin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijyarto bildirib.

 

"Hazırda enerji təchizatımız təhlükəsizdir, nəzərə alsaq ki, "Türk axını" bizi qazla təmin edə bilər, ona görə də təchizatı təmin etmək üçün Ukrayna ərazisindən tranzitə ehtiyacımız yoxdur", - Macarıstanın xarici işlər naziri Diplomatik danışıqların kənarında deyib. 

 

Szijyarto əlavə edib ki, Macarıstan qaz təchizatı kanallarının artırılması ilə bağlı danışıqlara açıqdır.

 

 

 

Miri

 

Избранный
508
50
oxu24.com

10Источники