RU

İqtisadiyyat nazirinin müavini Sabirabad şəhərində vətəndaşları qəbul edəcək

İqtisadiyyat

Bakı, 27 fevral, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov fevralın 29-da Sabirabad şəhərində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95A - Sabirabad rayon Heydər Əliyev Mərkəzinin inzibati binası) Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Избранный
78
5
azertag.az

6Источники