Demokrat.az xəbər verir ki, bu barədə Meydzi Universitetinin tabeliyində fəaliyyət göstərən "PorMedTec" şirkəti məlumat yayıb.
Əvvəlcə yerli biotexnologiya şirkəti tərəfindən ABŞ-da ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya hazırlanıb. Yapon mütəxəssislər ABŞ-dan gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.
Vurğulanır ki, gələcəkdə orqanlarının insanlara köçürülməsi planlaşdırılan geni dəyişdirilmiş donuz Yaponiyada ilk dəfə doğulub.
"Donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır. Yaponiyada ksenotransplantasiyanın klinik tətbiqi ilə bağlı müzakirələrin irəliləyişini səbirsizliklə gözləyirik. Biz tədqiqatlarımızı davam etdirəcəyik, eyni zamanda, ilk növbədə, təhlükəsizliyə diqqət yetirəcəyik. etika ilə bağlı məsələləri müzakirə etməyə davam edirik", - NHK telekanalı Meydzi Universitetinin professoru və “PorMedTec”in direktoru Hiroşi Naqaşimadan sitat gətirir.
10Источники
-
oxu.azDünyada bir ilk: İnsanlar üçün həyati əhəmiyyətli donuz yetişdirildi, sınaqlar başlayır - FOTO ( 3806289)
-
poliqon.azAlman nazir: Putin gücümüzün zəiflədiyinə inanırsa, tamamilə yanılır... ( 3784608)
-
7news.azYaponiyada ilk dəfə olaraq orqanları insanlara köçürülə bilən donuz yetişdirilib ( 3782202)
-
konkret.azYaponlar xüsusi donuz cinsi yetişdirir – Ürəyini insana köçürəcəklər ( 3780615)
-
ikisahil.azYaponiyada bunu da etdilər ( 3774591)
-
demokrat.azOrqanları insanlara köçürülə bilən donuz yetişdirildi ( 3774468)
-
report.azYaponiyada ilk dəfə olaraq orqanları insanlara köçürülə bilən donuz yetişdirilib. ( 3774003)
-
big.azYaponiyada ilk pulsuz avtonom taksi istifadəyə veriləcək ( 3734568)
-
nocomment.azYaponiyada ilk pulsuz avtonom taksi istifadəyə veriləcək ( 3732384)
-
adalet.azPutin Takerlə müsahibəyə dərhal razılaşdı - Peskov ( 3730932)