Buna isə obyekt sahibləri və işçilərinin yanğınla bağlı peşəkarsızlığı səbəb olur. Görünən odur ki, hələ də istirahət mərkəzləri və iaşə obyektlərində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aradan qalxmayıb. Nəticədə insan tələfatına səbəb olan hadisələr baş verir.
Bəs, bu yanğınların başlanmasına yol açan nədir və onlarla necə mübarizə apara bilərik?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, təyinatından asılı olmayaraq bütün obyektlər yanğın təhlükəsizlik haqqında qaydalara, tələblərə və standartlara əməl etməlidir:

"Eyni zamanda obyekt ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları və hidrotexniki vasitələri, yanğın siqnalizasiya xəbərləri ilə təmin edilməlidir. Bütün işçilərin yanğın təhlükəsizliyinə dair olan bilik və bacarıqlarının formalaşmasını obyekti işlədən şəxslər həyata keçirməlidir. Obyektdə yanğın təhlükəsizliyinə dair rejim yaradılmalı və işçilərə bununla bağlı məlumatlar verilməlidir. Bu sənaye müəssisələri, istirahət mərkəzləri, turizm sahələri, fabrik və zavod kimi bütün təyinatlı obyektlərə aiddir. Əlbəttə, burada tədbirlər ilkin olaraq obyektlərdə yanğın baş verməsin deyə görülür. Bu zaman yanğın təhlükəsizlik rejiminə görə partlama və alışma qabiliyyəti yüksək riskli olan maddələr, məhsullar və avadanlıqlarla necə rəftar edilməli olduğu işçilərə öyrədilir. Daha sonra obyektdə yanğın hadisəsi baş verən zaman hansı addımların atılması işçilərə başa salınır. Obyektin ilkin yanğınsöndürmə vasitələrinin olması yanğın baş verdikdən sonra onun qarşısını almaq üçün böyük rola malikdir. Ona görə də kompleks şəkildə görülən tədbirlər planına diqqət etmək lazımdır".
Ekspert onu da qeyd edib ki, baş verən yanğınlara nəzər yetirən zaman görərik ki, elektrik və qısaqapanmalar sayəsində olan yanğınlar daha çoxdur:
" İstər obyektlərdə, istərsə də yaşayış evlərində elektrik təchizatı saz vəziyyətdə olmalıdır. Elektrik təchizatı və elektrikin yük götürmə qabiliyyəti obyektdə istismar olunan qurğuların yük götürmə qabiliyyətinə uyğun olmalıdır. Eyni zamanda elektrik təsərrüfatına daim baxış keçirilməlidir. Elektrik xətlərində yüklənmə olan zaman qızma, alışma, qısaqapanmanın olmasını nəzərə almaq lazımdır. Yanğın hadisələrindən yüz faiz sığortalanmaq olmaz. Buna görə də sadəcə olaraq önləyici tədbirlər görərək yanğından yaxa qurtarmaq olar".
Şahanə Ziyad
Demokrat.az
10Источники
-
poliqon.azFHN-in şöbə rəisi: “10 yanğından doqquzu insan amili səbəbindən baş verir” ( 3710229)
-
oxu.azFHN-in şöbə rəisi: “10 yanğından doqquzu insan amili səbəbindən baş verir” - MÜSAHİBƏ + FOTO ( 3709251)
-
xezerxeber.azHindistanda zavodda partlayış olub, 11 nəfər ölüb ( 3586093)
-
apa.azHindistanda zavodda partlayış olub, 11 nəfər ölüb ( 3585825)
-
konkret.azBu ölkədə fövqəladə vəziyyət elan edildi ( 3531409)
-
yenicag.azÇilidə fövqəladə vəziyyət elan edildi ( 3531346)
-
xezerxeber.azRusiyada tank mühərriklərinin istehsalı artırılacaq ( 3517957)
-
ikisahil.azRusiyada tank mühərriklərinin istehsalı artırılacaq ( 3517621)
-
azertag.azRusiyada tank mühərriklərinin istehsalı artırılacaq ( 3517156)
-
demokrat.azYanğınlar niyə baş verir? — Obyekt sahiblərinin səriştəsizliyi... ( 3473026)