RU

"Milan"ın qapıçısı irqçiliyə məruz qalıb

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.
"Ölkə.az" xəbər verir ki, hadisə komandanın "Udineze"ni səfərdə məğlub etdiyi A Seriyasının XXI tur oyununda baş verib.

Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddətlik dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.
Daha sonra matç bərpa olunub və "Milan" 3:2 hesablı qələbə qazanıb.

Избранный
244
18
paralel.az

10Источники