RU

Çində qar uçqunu - Turistlər qapalı qaldı

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki turizm kurortunda qar uçqunu nəticəsində minə yaxın turist qapalı qalıb.

525.az xəbər verir ki, ötən həftə Çinin şimal-qərbində güclü qarın təsirli olduğu Sincan-Uyğur Muxtar Bölgəsində müxtəlif yerlərdə qar uçqunları baş verib. Magistral yolda qalan 54 avtomobil və 200-dən çox insan qar təmizləyən maşınların yolları təmizləməsindən sonra xilas edilib. Belə ki, "Hemu" kurortuna gedən yolun bağlanması nəticəsində də yerli əhali və mindən çox turist ərazidə qapalı qalıb.

Qeyd edək ki, xilasetmə və yardım işlərinə 31 maşın və 53 personalın cəlb edildiyi bildirilib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Избранный
153
22
525.az

10Источники