RU

Xoşqədəm elə sözlər dedi ki: “Zərbələri sevdiklərimdən aldım...”

Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, ad günü ilə bağlı kövrək fikirlər yazıb:

"Mənimki elə bir səssizlikdir ki, üzüm sükut, daxilim qiyamət... 

16 yaşımdan bu günə qədər sükut və qiyamətlə böyüdüm, yaşımın üstünə yaş gəldi. Mübarizəm, savaşım həmişə yardım etdiklərimlə, əlindən tutub, ayağa qaldırdıqlarımla oldu. 

Qısası, zərbələri inanıb, sevdiklərimdən aldım... 

Amma heç nə olmamış kimi içimdəki qiyamətlə davam etdim, böyüdüm və hələ ki, addımlayıram. Nə vaxta qədər, bilmirəm?! Bildiyim odur ki, Allaha çox inanır, güvənirəm. Uca yaradanın yanımda olduğuna əminəm. Bu savaşlarda ona görə qalib gəlirəm. 

Rəbbimin mənə pislik edənlərə cavabına çox şahid olduğum üçün əmin addımlarla gedirəm, daşa-kəsəyə baxmadan, çox şükür. Rəbbimin verdikləri üçün ona sonsuz minnətdaram. Bu gün doğum günüm".


Telegram kanalımız
Избранный
395
4
yenisabah.az

10Источники