RU

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

DSX-nin

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir.DSX-nin mətbuat mərkəzindən Ulusum.az-a verilən xəbərə görə, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:- Müddətli həqiqi hərbi xidmət keçmiş;- 30 yaşadək, fiziki cəhətdən sağlam;- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilərlər.Daha ətraflı məlumat üçün:Ünvan: Xızı rayonu, Sitalçay qəsəbəsi, “N” nömrəli hərbi hissəƏlaqə nömrələri:+994 (55) 259 89 49+994 (70) 322 15 14+994 (51) 233 25 34

Diqqət Çəkənlər

Milli Məclisin növbədənkənar sessiyasının iclası iyunun 5-də keçiriləcək.

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqini dəstəkləyir.

Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verilib

Избранный
17
3
ulusum.az

4Источники