RU

“Gotion High tech”: Xəzər və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanların yaranacağına ümidvarıq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyun, AZƏRTAC

Ümid edirik ki, qarşıdakı 4-5 il ərzində Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanlar yaranacaq.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası: çağırışlar və həllər” adlı sessiyada çıxışı zamanı “Gotion High-tech Co.,Ltd” şirkətinin xarici satışlar üzrə meneceri Aygerim Omirzak deyib.

“Çin enerji saxlama sistemləri bazarında lider mövqeyi tutur. Bunun əsas səbəbləri dövlət tərəfindən göstərilən güclü dəstək, CATL, BYD və "Gotion" kimi iri yerli istehsalçıların mövcudluğu, eləcə də ölkədə həyata keçirilən çoxsaylı, irihəcmli, şəbəkəmiqyaslı layihələrdir. Çin qlobal enerji saxlama sistemləri bazarının təxminən 60-70 faizini təşkil edir və yaxın perspektivdə də liderliyini qoruyacaq. Çindən sonra ABŞ, Avropa və Avstraliya bazarları gəlir. Son 3-4 il ərzində bu regionlarda enerji saxlama texnologiyalarının tətbiqi və bazar inkişafı xüsusilə sürətlənib. Eyni zamanda, Hindistan və Yaxın Şərq bazarlarında da çox sürətli inkişaf müşahidə olunur. Bu regionlarda bərpaolunan enerji güclərinin artması enerji saxlama həllərinə olan tələbatı da yüksəldir”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
azertag.az

2Источники