RU

“Araz Naxçıvan”ın kapitanı: Bu qədər stresli mövsüm keçirdiyimizi xatırlamıram

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyun, AZƏRTAC

Başa çatan mövsüm komandamız üçün son illərin ən gərgin və çətin çempionatlarından biri oldu. Daha əvvəl bu qədər stressli mövsüm keçirdiyimizi xatırlamıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futzal klubunun kapitanı və qapıçısı Emin Kürdov federasiyanın rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, mövsümün əvvəlində itirilən xallar sonradan çempionluq mübarizəsini daha da çətinləşdirib: “Mövsümə istədiyimiz kimi başlamadıq. UEFA Çempionlar Liqasındakı çıxış əsas prioritetlərdən biri olduğuna görə müəyyən rotasiyalar edilirdi. Bununla yanaşı, rəqiblər də heyətlərini gücləndirmişdilər. Bütün bunlar çempionatda gərgin rəqabət yaratdı”.

Təcrübəli qapıçı, xüsusilə “Neftçi” ilə çempionluğun taleyini həll edən son tur görüşünü xatırladıb: “Hesab 2:2 olduqdan sonra matçı xeyrimizə çevirə biləcəyimizə inam yarandı. İkinci hissədə qol buraxmadıq, dörd dəfə fərqlənərək vacib qələbə qazandıq. Kapitan kimi belə məqamlarda soyuqqanlı qalmaq və komanda yoldaşlarına inam aşılamaq vacibdir. Bu çempionluq karyeramın ən yaddaqalan uğurlarından biridir. Bəlkə də əvvəlki illərdə qazandığımız titullar daha rahat gəlmişdi. Bu dəfə isə sona qədər ciddi mübarizə apardıq. Buna görə də bu çempionluğun xüsusi yeri var”.

Karyerasını başa vurmaq barədə düşünmədiyini deyən 41 yaşlı futzalçı hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb: “Yaşa yox, meydandakı performansa baxmaq lazımdır. Fiziki durumum və təcrübəm oynamağa imkan verir. Özümü yaxşı hiss etdiyim müddətdə futzala davam edəcəyəm”.

Milli komandanın dünya çempionatının əsas mərhələsindəki potensial rəqiblərinə də toxunan E.Kürdov püşkatmada münasib qrupa düşəcəklərinə ümid etdiyini bildirib.

O, həmçinin “Araz-Naxçıvan”ın heyətində Çempionlar Liqasında minimum ötənilki nəticəni təkrarlamağın vacibliyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
3
azertag.az

4Источники