RU

AYNA: Azərbaycan xarici ölkələr üçün əlverişli tranzit məkana çevrilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunun əhəmiyyəti beynəlxalq təşkilatların nəqliyyat sahəsində bir araya gətirilməsi, eyni zamanda, dövlət orqanlarının bu sahədə qazanılmış müsbət təcrübəsinin mübadiləsinin aparılması və nəqliyyat koridorlarında daşıma proseslərinin asanlaşdırılmasıdır.

Bu sözləri jurnalistlərə açıqlaması zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin direktoru Sübhan Əbilov bildirib.

“Azərbaycanda nəqliyyat sahəsində müsbət, münbit şərait yaradılması xarici ölkələr üçün ölkəmizi əlverişli tranzit ölkəsinə çevirib. Rəqəmlərlə ifadə etsək, 2020-ci ildə Azərbaycandan tranzit yükdaşımalarının həcmi 1,5 milyon ton idisə, 2025-ci ildə 7 milyon ton olub. Azərbaycan daşıyıcıları Avropa Nəqliyyat Nazirləri Konfransının keyfiyyət xartiyasının tələblərinə cavab verir və milli daşıyıcılarımız tərəfindən tam beynəlxalq standartlara uyğun şəkildə beynəlxalq yükdaşımaları həyata keçirilir. Artıq Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla icazə blankları elektronlaşdırılıb. Bu, beynəlxalq yükdaşımaları əsaslı dərəcədə sürətləndirir, əlavə inzibati yükü aradan qaldırır. Hal-hazırda elektron icazələrin tətbiqi layihəsi ilə bağlı danışıqlar Çin, Gürcüstan və Ukrayna ilə davam edir, Rusiya və İranla da bu sistemin tətbiqi barədə razılıq əldə olunub. Beynəlxalq yükdaşımalarda istifadə olunan əsas, mühüm sənədlərdən biri də CMR sənədidir ki, CMR-in də elektronlaşdırılması layihəsi icra olunur. e-CMR layihəsi hazırda Türkiyə və Rusiya ilə birgə icra olunmaqdadır”, - departament direktoru vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
azertag.az

2Источники