RU

Qəbələdə Azərbaycan-Pakistan futbolçularının yoldaşlıq görüşü keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Hafta.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, U-20-nin Qəbələdəki toplanışı iyunun 10-da başa çatacaq.

Избранный
22
3
hafta.az

4Источники