RU

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı informasiya sistemi yaradılır

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı informasiya sistemi yaradılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

“Dörd moduldan ibarət olacaq sistemin 2-si artıq fəaliyyətdədir, digər 2 modul isə işlənilmə mərhələsindədir. Sistem "vahid pəncərə" prinsipinə uyğun olaraq nəqliyyat prosedurları zamanı bürokratiyanı azaltmağa, təkrarlanmanı aradan qaldırmağa və malların ticarət hərəkətini asanlaşdırmağa imkan verəcək. Sistem hazır olduqdan sonra onu dəhliz boyu mövcud platformalara inteqrasiya etmək mümkün olacaq ki, bu da bizə ərazimizdən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyini artırmağa imkanı verəcək", - deyə A.Turabova qeyd edib.

Fotoqraf - İlkin Cavanşirov
Video - İlham Nadirov
Избранный
45
1
azertag.az

2Источники