RU

Əhmədbəyli-Füzuli-Şuşa yolu bu gündən istifadəyə verilib

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir. Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.

“Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Избранный
41
45
anspress.com

10Источники