RU

Nuhun gəmisi Türkiyədə olub? – 439 illik xəritə yeni sirrin üstünü açır

İtalyan xəritəçi Urbano Montinin 1587-ci ildə hazırladığı qədim dünya xəritəsi yenidən diqqət çəkib. “Planisfera” adlanan xəritədə Türkiyə ərazisində yerləşən Ararat dağı istiqamətində bəzi işarələrin olması alimlər və tədqiqatçılar arasında müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Araşdırmaçı Cimmi Korsetti xəritədə göstərilən koordinatların bölgədəki “Dürupinar” adlanan geoloji formasiya ilə üst-üstə düşdüyünü iddia edir. Bu struktur formaca gəmini xatırladır və bəzi versiyalara görə bibliyadakı Nuhun gəmisi təsvirinə uyğun ölçülərə malikdir.

“Noah’s Ark Scans” adlı tədqiqat qrupu həmin ərazidə georadar vasitəsilə apardığı ölçmələr zamanı yer altında üçqatlı gəmi quruluşuna bənzər boşluqlar və keçidlər aşkar etdiyini bildirir.

Bundan əlavə, torpaq nümunələrində üzvi maddələrin və kaliumun daha yüksək səviyyədə olduğu qeyd edilir ki, bu da bəzi alimlər tərəfindən ağac materialının çürüməsi ehtimalı ilə əlaqələndirilir.

Eyni bölgədə dəniz mənşəli fosillər – o cümlədən mərcan və dəniz qabıqları da tapılıb. Bununla belə, mütəxəssislər bu nəticələrin hələlik qəti elmi sübut kimi qəbul edilmədiyini vurğulayırlar və mövzu mübahisəli olaraq qalır./Globalinfo.az

Избранный
20
1
turkustan.az

2Источники