RU

Abbas Abbasov: Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyun, AZƏRTAC

Bu gün biz Amritsar qətliamını və Hindistan hökumətinin siqhlərə qarşı həyata keçirdiyi zorakılıqları müzakirə edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransda söyləyib.

O bildirib ki, son 40 il ərzində bu təzyiq və zorakılıq formaları dünya miqyasında transmilli repressiya xarakteri alaraq genişlənib.

“Beynəlxalq Siqh Federasiyası ilə son beş ay ərzində həyata keçirdiyimiz əməkdaşlıq çərçivəsində Bakı Təşəbbüs Qrupu bu mühüm mövzulara həsr olunmuş iki beynəlxalq konfransı uğurla təşkil edib. Bundan əlavə, biz birgə hesabat hazırlayıb dərc etmişik. Həmin hesabat BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyası zamanı təqdim olunub.

Mən qətiyyətlə inanıram ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və ümumilikdə insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək", - deyə A.Abbasov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
3
azertag.az

4Источники