RU

ABŞ və İran bir-birilərinə cavab zərbələri endirib

ABŞ ordusu İran tərəfindən atıldığı iddia edilən raket və dronları ələ keçirdikdən sonra Qəşm adasındakı yerüstü idarəetmə obyektinə zərbə endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

“ABŞ qüvvələri 2 iyunda Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq bir neçə ballistik raket və dronu uğurla vurub və özünümüdafiə məqsədilə zərbə endirib”, – açıqlamada deyilir.

Məlumata görə, İran beş raket atıb, lakin onlardan heç biri hədəflərinə çatmayıb. ABŞ ordusu bundan başqa üç dronu da vurduğunu bildirib.

 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qəşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki ABŞ hərbi hava bazasına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

“Digər bir təcavüz aktı olaraq, ABŞ Qəşm adasının cənubunda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rabitə qülləsinə hava hücumu etdi. Bu təcavüzə cavab olaraq, regional ölkədə yerləşən onların hava bazası və vertolyot meydançası, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı SEPAH Aerokosmik Qüvvələrinin raketləri və dronları ilə vuruldu”, – məlumatda deyilir.

AzPost.az

Избранный
22
7
azpost.info

8Источники