RU

Kreml Paşinyanı DEVİRMƏK üçün çırmandı: 500 desantla HÜCUM, 2-ci Ukrayna PLANI...

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onun ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyündən Avropa İttifaqına (Aİ) inteqrasiya kursunu irəlilətmək üçün istifadə etdiyini bildirib.

Musavat.com xəbər verir ki, rusiyalı spiker Paşinyanın bütün problemlərini AİB-in, ilk növbədə isə Rusiyanın hesabına həll etməyə çalışdığını vurğulayıb.

"Paşinyan Avropa İttifaqına keçid etmək üçün Avrasiya İqtisadi Birliyindən istifadə edir", - deyə Volodin qeyd edib.

Duma sədrinin bu bəyanatına Paşinyanın məhdudiyyətlər ucbatından Rusiyaya çatdırılmayacaq "hər bir xarab olmuş bibərə görə pul ödəyəcəyi" barədə verdiyi açıqlama olub.

Spiker iddia edir ki, Ermənistan rəhbərliyi əhalini AİB-dən çıxmağın mümkün fəsadları barədə məlumatlandırmır. Onun sözlərinə görə, belə bir addım atılacağı təqdirdə ölkə sakinləri üçün qazın qiyməti təxminən 4 dəfə bahalaşacaq, Rusiyadan pul köçürmələri kəskin şəkildə azalacaq, miqrasiya güzəştləri ləğv ediləcək, həmçinin tərəvəz, meyvə, spirtli içkilər və mineral sular da daxil olmaqla Ermənistan məhsullarının Rusiyaya tədarükü dayandırıla bilər.

"Eyni ssenari Ukraynada da baş vermişdi. Avropa İttifaqı ilə inteqrasiya barədə qərar qəbul edilərkən tam fərqli vədlər verilirdi. Reallıqda isə məlum oldu ki, Ukraynanın kənd təsərrüfatı məhsulları, demək olar ki, Avropa bazarlarına buraxılmadı", - deyə Volodin bəyan edib.
Kremlin ən qeyri-adekvat təbliğatçılarından biri, zaman-zaman Azərbaycana qarşı da təxtibatçı, açıq düşmənçilik və nifrətlə dolu çıxışlarıyla seçilən Sergey Mardan, “Soloviev Live”dakı son çıxışında Moskvanı İrəvanda hərbi çevriliş etməyə çağırıb.

Mardan Kremlin Ermənistan mallarına qadağa qoymaqdansa, Nikol Paşinyanın rəhbərlik etdiyi qərbyönümlü hökuməti devirmək üçün İrəvana "500 desantçı göndərməli olduğunu” deyib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
43
9
musavat.com

10Источники