RU

Azərbaycanı Avropa çempionatında 1/4 finala daşıyan oyundan VİDEO

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gəlib.

"Tipos Arena"dakı qarşılaşma Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Azərbaycan yığması 1/4 finalda Çexiya ilə qarşılaşacaq. Çexlər 1/8 finalda Monteneqronu 2:0 hesabı ilə məğlub ediblər.

Millimiz F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.

Избранный
27
3
sportinfo.az

10Источники