RU

Azərbaycan bu gecə Qazaxıstanla 1/8 final matçına çıxır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.

Millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub. Komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edib.

Избранный
66
3
sportinfo.az

10Источники