RU

Azərbaycan klubunun futbolçusu “Marakana”da Braziliyaya qarşı oynadı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan klubunun futbolçusu “Marakana”da - Braziliyaya qarşı oynadı

DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.

QOL.az-ın xəbərinə görə, görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Braziliyadan Vinisius Junior (1), Kazemiro (38), Roşa (52), Paketa (59), Tyaqo (63-pen.) və Danilo (81), Panamadan isə Kunya (13-avtoqol) və Xarvi (83) vurublar.

Qeyd edək ki, matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də olub. Ehtiyatda yer alan 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana daxil olub. 

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətinə salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
4
qol.az

5Источники