DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.
Futbolinfo.az xəbər verir ki, görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də olub. Ehtiyatda yer alan 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana daxil olub.
Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətinə salınıb.