RU

Tanınmış sahibkar ürəktutmadan vəfat etdi

Tanınmış iş adamı Seyidəli Seyidov dünyasını dəyişib. Sabirabad rayon bazarının müdiri olan iş adamının səhər saatlarında qəfil vəfat etdiyi bildirilir.

Məlumata görə, ölümə səbəb qəfil ürəktutması olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Seyidəli Seyidov bölgədə tanınmış simalardan idi və uzun müddətdir rayon bazarının rəhbəri vəzifəsində çalışırdı. Hazırda hadisə ilə bağlı yaxınları və iş yoldaşları sosial şəbəkələrdə başsağlığı mesajları paylaşırlar.(unikal)

Demokrat.az
Избранный
113
4
demokrat.az

10Источники