Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən və elitanı tərk edən “Karvan” baş məşqçisi Füzuli Məmmədov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, mütəxəssisin bu yay başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Füzuli Məmmədov ötən ilin sonunda istefaya göndərilmiş Azər Həşimovun yerinə baş məşqçi postuna gətirilmişdi. Amma komanda onun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 15 xalla sonuncu sırada bitirib və Birinci Liqaya yuvarlanıb. Yevlax təmsilçisi Məmmədovla 22 oyuna çıxıb, 2 qələbə, 4 heç-heçə və 16 məğlubiyyət görüb.
