RU

Vaşinqton Paşinyana konkret “ev tapşırığı” verdi” Tofiq Zülfüqarov

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Dövlət katibi Marko Rubionun İrəvanın "Zvartnos" beynəlxalq hava limanına etdiyi qısamüddətli, lakin kritik səfəri və burada imzalanan sənədlər seçkiqabağı Ermənistanda böyük rezonans doğurub. 

"AzPolitika" xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu hadisəni seçkiöncəsi Ermənistanın rəngarəng siyasi mənzərəsində ən mühüm və simvolik hadisələrdən biri kimi qiymətləndirib.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi mövzusu və Paşinyanın Vaşinqton qarşısında götürdüyü öhdəliklər onun üçün bir növ "ev tapşırığı" rolunu oynayır. Ağ Ev administrasiyası Ermənistanla gələcək siyasətini məhz bu marker üzərindən quracaq.

T.Zülfüqarov qeyd edib ki, Paşinyanın Makron Fransası və Kremlin "qüllələri" arasında apardığı siyasi "rəqslər" Vaşinqtonun İrəvana təcili və birmənalı mesaj ötürməsini zəruri edib. Keçmiş nazir həmin mesajın əsas şifrələrini belə sıralayıb:

TRIPP layihəsi (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) ABŞ üçün bir imic layihəsidir. Ermənistan tərəfindən bu prosesin uzadılması Vaşinqton üçün qətiyyən qəbulolunmazdır;

Fransanın Ermənistandakı ambisiyaları yerində deyil: Makronun Ermənistandakı fantom imperiya iddiaları ABŞ tərəfindən yersiz hesab olunur;

Kremlin layihəyə müdaxilə cəhdləri rədd edilir. Kremlin öz sərhədçiləri ilə Zəngəzur dəhlizində təhlükəsizlik sisteminin bir hissəsinə çevrilmək cəhdləri İrəvanda, Tehranda və ya Moskvada yox, birbaşa Vaşinqtonda müzakirə oluna bilər və olunmalıdır;

İran sərhədində ABŞ-nin güc faktoru təmin ediləcək. Birləşmiş Ştatların İranla sərhəddə hərbi-strateji mövcudluğu gec-tez yaradılacaq;

Vaşinqtonun şərtləri mütləq icra olunacaq. Bu şərtlər ya Paşinyan tərəfindən yerinə yetiriləcək, ya da o, vaxt uzatmağa davam edərsə, onu əvəz edəcək yeni şəxs tərəfindən reallaşdırılacaq.

Sonda politoloq vurğulayıb ki, Zəngəzur mövzusu hazırda təkcə Ermənistana deyil, həm də onun aşkar və gizli bütün dostlarına qarşı ciddi bir qlobal təzyiq sisteminə çevrilməkdədir.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
50
azpolitika.info

10Источники