AZ

Öncə türkləri, sonra azərbaycanlıları satdılar: İndi növbə ruslarındır KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın son illərdə apardığı siyasət və müxtəlif geosiyasi mərkəzlər arasında manevr cəhdləri yenidən regionda müzakirə mövzusuna çevrilib. Xüsusilə, İrəvanın həm Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılı qalması, həm də Qərblə yaxınlaşmağa çalışması ziddiyyətli mənzərə yaradır.

KONKRET.az xəbər verir ki, tarix boyu erməni millətçiliyinin region xalqları üçün ciddi problemlər yaratdığı dəfələrlə qeyd olunub. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları, “miatsum” ideyası və bunun nəticəsində baş verən işğal siyasəti Azərbaycan üçün ağır nəticələr doğurdu.

Uzun illər ərzində torpaqların işğal altında qalması, şəhər və kəndlərin dağıdılması, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ölkənin müasir tarixinin ən faciəli səhifələrindən biri hesab olunur.

Bu gün isə Ermənistanın münasibətlərində əsas gərginlik Moskva ilə müşahidə edilir.

Halbuki Rusiya uzun illər ərzində Ermənistana siyasi, iqtisadi və hərbi dəstək verən əsas ölkələrdən biri olub. Ermənistan iqtisadiyyatının bir çox sahələri hələ də Rusiyadan ciddi şəkildə asılıdır. Ermənistan məhsullarının böyük hissəsi Rusiya bazarına ixrac edilir, yüz minlərlə erməni Rusiyada çalışaraq ailələrinə pul göndərir.

Enerji sahəsində də Moskvanın rolu xüsusi əhəmiyyət daşıyır. Ermənistan Rusiyadan qazı güzəştli qiymətlə alır. Eyni zamanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətində rus mütəxəssislər iştirak edir. Dəmir yollarının idarəçiliyi də Rusiyanın nəzarətindədir.

Hərbi sahədə əməkdaşlıq da davam edir. Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşir, rus sərhədçiləri isə Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət aparırlar.

Bununla yanaşı, Nikol Paşinyan hakimiyyəti son illərdə Qərblə münasibətləri gücləndirməyə çalışır. ABŞ və Avropa ilə yaxınlaşma cəhdləri Moskva ilə münasibətlərdə soyuqluq yaradıb.

Ekspertlər hesab edir ki, Qərb Ermənistanı tamhüquqlu tərəfdaşdan daha çox, Rusiyaya qarşı geosiyasi alət kimi görür. 44 günlük müharibə dövründə də Ermənistanın Rusiyadan daha böyük hərbi və siyasi dəstək gözlədiyi, lakin Moskvanın birbaşa müdaxilədən yayınmasından sonra İrəvanın Rusiyanı ittiham etdiyi tez-tez xatırladılır.

Analitiklər bildirirlər ki, Ermənistanın həm Rusiyadan asılı qalması, həm də paralel şəkildə Qərbə inteqrasiya cəhdləri gələcəkdə ölkə üçün əlavə risklər yarada bilər. Regionda sülh mesajlarının verilməsinə baxmayaraq, İrəvanın siyasətindəki qeyri-müəyyənlik diqqətlə izlənilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
konkret.az

3Mənbələr