İlk baxışdan adi və spontan görünən bu görüntülər əslində müasir siyasi kommunikasiya texnikasının bir hissəsidir.
Bu yanaşma son illərdə dünyada geniş yayılan siyasi PR tendensiyalarından biri kimi qiymətləndirilə bilər və uğurla tətbiq edilir.
Müasir siyasi PR artıq “mən güclüyəm” mesajından çox, “mən sizdən biriyəm” çağrışı üzərində qurulur.
Avtobus mühiti, sadə yeməklər, qeyri-rəsmi davranış və gündəlik həyat görüntüləri seçici ilə psixoloji məsafəni azaltmağa hesablanıb. Paşinyan bu paylaşımlarla özünü klassik kabinet siyasətçisi kimi yox, xalqın içində olan, onların həyat tərzini yaşayan lider kimi təqdim etməyə çalışır.
Ən maraqlısı isə budur ki, insanlar bu görüntüləri ya bəyənir, ya da tənqid edir. Amma hər iki halda paylaşır, müzakirə edir və nəticədə siyasətçi gündəmdə qalır.
Müasir rəqəmsal siyasətdə isə bəzən gündəmdə qalmaq ən böyük siyasi üstünlüklərdən birinə çevrilir.
Paşinyanın əsas siyasi rəqibi olan Robert Köçəryan isə daha çox klassik və sərt siyasi PR metodlarına üstünlük verir. Onun kampaniyasının əsas tezisi Paşinyanın müharibədə məğlub olması üzərində qurulub. Lakin Ermənistan cəmiyyətində bu ritorikanın əvvəlki təsir gücünü itirdiyi hiss olunur.
Çünki Paşinyan müharibədən dərhal sonra keçirilən növbədənkənar parlament seçkilərində də qalib gəlmişdi. Bu isə göstərdi ki, Ermənistan cəmiyyətinin böyük hissəsi keçmiş siyasi ritorikadan və davamlı müharibə çağırışlarından uzaqlaşmağa başlayıb.
Mövcud siyasi atmosferə baxdıqda, Paşinyanın yenidən qalib gəlmə ehtimalı daha yüksək görünür. Bu tendensiya onu göstərir ki, Ermənistan cəmiyyəti revanşist və aqressiv siyasi xətti tədricən arxivə göndərməyə hazırlaşır.



Məhəmmədəli QƏRİBLİ
10Источники
-
musavat.comPaşinyan “qara dosye” savaşı başlatdı - Əsas rəqib şokdadır... ( 29141539)
-
yenisabah.azPaşinyan seçim qarşısında: Moskva xəbərdarlıq etdi – İrəvanı nə gözləyir? ( 29115190)
-
redaktor.azPaşinyan seçim qarşısında: Moskva xəbərdarlıq etdi İrəvanı nə gözləyir? ( 29112367)
-
redaktor.azPaşinyan seçim qarşısında: Moskva xəbərdarlıq etdi –İrəvanı nə gözləyir? ( 29111878)
-
konkret.azPaşinyan nə qədər səs toplayacaq? – Azərbaycanlı politoloqların PROQNOZLARI ( 29106310)
-
yenisabah.azPaşinyan nə qədər səs toplayacaq? Azərbaycanlı politoloqların PROQNOZLARI ( 29104525)
-
yenisabah.azPaşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI ( 29103853)
-
musavat.comPaşinyan uduzsa, taleyi bu cür olacaq – Ən təhlükəli VARİANT ( 29098969)
-
azreform.infoİrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı ( 29093827)
-
olke.azİrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı ( 29093272)