Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan və Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən paylaşım edib.
Publika.az xəbər verir ki, keçmiş nazir ABŞ dövlət katibi Marko Rubionun Zvartnots hava limanına səfərini Ermənistanda seçkiqabağı dövrün ən mühüm hadisələrindən biri kimi qiymətləndirib.
Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur dəhlizi məsələsi və Baş nazir Nikol Paşinyanın Vaşinqton qarşısında götürdüyü öhdəliklər artıq ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ermənistan siyasətində əsas göstəricilərdən birinə çevrilib.
Onun sözlərinə görə, Paşinyanın həm Fransa prezidenti Emmanuel Makronın dəstəklədiyi Avropa İttifaqı ilə, həm də Kreml dairələri ilə paralel siyasi oyun aparması Vaşinqtonun İrəvana sərt və açıq mesaj göndərməsini zəruri edib.
Sabiq nazir paylaşımında ABŞ tərəfinin əsas mesajlarını belə sıralayıb: