RU

​Atatürkün adı 59 ölkədə əbədiləşdirilib

Müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk dünyada adı ən çox əbədiləşdirilən liderlərdən biridir. Metbuat.az xəbər verir ki, hazırda öz ölkəsində Atatürkün adına 1000-dən çox park, kuçə, xiyaban, universitet, məktəb, baxça, stadion və s. var. Bir çox xarici ölkələrdə də böyük liderin adı əbədiləşdirilib. 20 ildən çoxdur ki, Azərbaycanda Atatürk Mərkəzi fəaliyyət göstərir. Bakıda həmçinin Atatürkün adını daşıyan küçə, lisey, park da var. Məlumatlara görə, hazırda dünyanın 37 ölkəsində Atatürkün heykəli, büstü və baralyefi var. 59 ölkədə isə böyük sərkərdənin adını daşıyan küçələr, parklar, elm ocaqları və idman klubları mövcuddur.

Qeyd edək ki, bugünədək müxtəlif xarici ölkələrdə Atatürk haqda 1000-dən çox sanballı kitab nəşr olunub.

Избранный
57
2
metbuat.az

3Источники