RU

Ernest Muçi satıldı, “Beşiktaş” 8,5 milyon avro qazandı – ARENA.AZ

Futbol üzrə Albaniya millisinin və “Beşiktaş”ın hücumameyilli yarımmüdafiəçisi Ernest Muçi tamhüquqlu əsasda “Trabzonspor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

İstanbul nəhəngi Muçini ötən ilin yayında trabzonlulara bir mövsümlük icarəyə vermişdi. “Trabzonspor” mövsümün sonunda Muçinin transfer hüquqlarını almaq fürsətinə malik idi. Sözügedən klub müqavilədəki bu maddəni aktivləşdirib. Trabzon təmsilçisi bu keçidə görə “Beşiktaş”a 8,5 milyon avro ödəyib.

Xatırladaq ki, “Beşiktaş” Muçini 2024-cü ilin əvvəlində Polşanın “Legiya” klubundan 10 milyon avro müqabilində transfer etmişdi. 24 yaşlı futbolçunun Türkiyə nəhəngi ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi vard. Muçi “qara qartallar”ın heyətində 61 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, 2025/2026-cı illər mövsümündə formasını geyindiyi “Trabzonspor”da da 35 oyuna çıxıb, 15 qol vurub, 9 məhsuldar ötürmə verib.

Ernest Muçi Albaniyanın “Dinamo” və “Tirana” klublarının yetirməsidir. O, 2021-ci ilin fevralından “Beşiktaş”a gələnə qədər “Legiya”da çıxış edib.

Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Muçi, 2021-ci ilin noyabrında debüt etdiyi əsas millidə 17 matça çıxıb, 3 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
14
19
arena.az

10Источники