RU

Azərbaycan neftinin qiyməti 100 dollara düşdü

Azərbaycan neftinin qiyməti 100 dollara qədər azalıb.

7Times.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,73 ABŞ dolları və ya 1,7 % azalaraq 100,57 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Избранный
37
50
7times.az

10Источники