AZ

Bakı neftinin qiyməti belə dəyişdi- SON RƏQƏMLƏR

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində növbəti azalma qeydə alınıb.

neftin 1 barelinin qiyməti 1,73 ABŞ dolları və ya 1,7 % azalaraq 100,57 ABŞ dolları təşkil edib. Neft bazarındakı mənbələrin rəsmi olaraq verdiyi məlumata görə, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti də geriləyərək 96,8 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,69 ABŞ dolları və ya 1,7 % azalaraq 98,38 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti rəsmi olaraq 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir və bu qlobal layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

Musavat.com

Seçilən
46
31
editor.az

10Mənbələr