RU

Temuya ağır zərbə – təhlükəli maddələr satırmış

Avropa Komissiyası məşhur onlayn satış platforması Temu barəsində 200 milyon avro məbləğində cərimə qərarı verib.

Musavat.com xəbər verir ki, qərarın əsas səbəbləri arasında platformada satılan təhlükəli enerji doldurucuları və zərərli kimyəvi maddələr olan uşaq oyuncaqları göstərilib.

Bildirilir ki, həmin məhsullar Avropa İttifaqının təhlükəsizlik standartlarına cavab verməyib. Eyni zamanda, platformanın tövsiyə sisteminin istifadəçiləri qeyri-qanuni və təhlükəli məhsullara yönləndirmə riskini artırdığı qeyd olunub.

Musavat.com

Избранный
5
12
musavat.com

10Источники