AZ

Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər

Mövsümündən əvvəl satışa çıxarılan ərik, gilas, qarpız kimi məhsulların keyfiyyəti və sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu məsələsi tez-tez müzakirə edilir.

Bəs ilin bu vaxtında satılan bu meyvə və giləmeyvələri istehlak etmək nə qədər məqsədəuyğundur?

Publika.az xəbər verir ki, qida mütəxəssisi Asim Vəli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Marketlərdə, bazarlarda qarpız, gilas və ərik kimi yay meyvə və giləmeyvələrinin may ayında satışa çıxarılması müasir aqrotexnoloji üsullar və idxal imkanları sayəsində mümkündür. Lakin bu məhsulların hamısı eyni dərəcədə təhlükəli deyil. Gilas və ərik adətən yerli istixanalardan, cənub ölkələrindən idxal edilir. Elə də ciddi təhlükə yaratmır. Mövsümündən çox tez satışa çıxarılan qarpız isə tərkibindəki süni böyümə stimullaşdırıcıları və azotlu gübrələrin normadan artıq olması riski baxımından potensial təhlükə mənbəyidir.

Qida təhlükəsizliyi standartlarına görə erkən yetişən meyvə-tərəvəzlərdə əsas risk kimyəvi çirklənmə ilə bağlıdır. Qarpız may ayında təbii günəş işığı və temperatur şəraitində yetişə bilmir. Onun tezləşdirilmiş böyüməsi üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Bitki bu maddələri tam sintez edə bilmədikdə, məhsulun daxilində nitratlar şəklində yığılır. Nitratlar insan orqanizmində daha toksiki maddələrə nitritlərə çevrilir.

Nitritlər qandakı hemoqlobinlə birləşərək methemoqlobin yaradır. Bu maddə oksigen daşıya bilmədiyi üçün toxuma acılığına və kəskin qida zəhərlənməsinə səbəb olur”.

Seçilən
5
4
publika.az

6Mənbələr