Cəlilabadda 19 yaşlı gənc suda boğulub.“BUTA.TV” xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu kənd ərazisindəki su hövzəsində çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. *** Report-un məlumatına görə, Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi.