RU

İsrailin Livana hücumları: 31 ölü, 40 yaralı

İsrailin Livanın cənubunu hədəf alan son hücumlarında 4-ü uşaq, 3-ü qadın olmaqla ən az 31 nəfərin öldüyü, 40 nəfərin isə yaralandığı açıqlanıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrailin son hücumlarında çoxlu mülki itki qeydə alınıb. Bildirilib ki, İsrail ordusu Hizbullah hədəfləri ilə mülki obyektlər arasında fərq qoymadan əməliyyatlar həyata keçirib.

İsrail Baş naziri Benjamin Netanyahu tərəfindən ordunun Livana hücumları artırmaq göstərişindən sonra, İsrail Müdafiə Qüvvələri (IDF) yenidən Livanın cənub bölgələrini hədəf alıb.

IDF 70-dən çox Hizbullah hədəfinin vurulduğunu, Sur şəhəri ətrafında isə komanda mərkəzləri, silah anbarları və infrastruktur obyektlərinin məhv edildiyini iddia edib. Həmçinin Hizbullah üzvlərinin də zərərsizləşdirildiyi bildirilib.

Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, 2 martdan bu yana davam edən hücumlarda ölənlərin sayı 3 213-ə, yaralıların sayı isə 9 737-yə yüksəlib.

Müəllif: Günay Hacıyeva
Избранный
25
1
sia.az

2Источники