RU

Bu rituallar heyvanlar üçündür Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ekvadorun paytaxtı Kitоda ənənəvi müalicə ilə məşğul olanlar ev heyvanlarının “mənfi enerji”dən təmizlənməsi üçün qədim And ritualı olan “limpia” xidmətini genişləndirirlər.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, şəhərin San-Fransisko bazarında itlər, pişiklər və digər ev heyvanları fiziki və emosional “maneələrin aradan qaldırılması” məqsədilə bu mərasimlərə gətirilir.

“Kurandero”lar bitkilər, tüstü və çiy yumurta kimi vasitələrdən istifadə edərək, heyvanların “çakralarını açdıqlarını” bildirirlər.

Bəzi ev heyvanı sahibləri müalicədən sonra dəyişiklik hiss etdiklərini deyirlər. Memar Ximena Tixinin sözlərinə görə, iti “Lukas” pişiklə qarşılaşdıqdan sonra qorxaq davranmağa başlayıb, lakin bir neçə “təmizləmə” seansından sonra daha aktiv olub.

Ritualı icra edən beşinci nəsil şəfaçı Nensi Korrea bitkilərdən istifadə edərək, heyvanların “enerji balansını bərpa etdiyini” iddia edir. O, amarant, gicitkən, evkalipt kimi bitkilərin “təbiətin enerjisini daşıdığını” bildirir.

Eyni bazarda başqa müalicə ilə məşğul olanlar da pişik və dovşanlardan tutmuş kənd təsərrüfatı heyvanlarına qədər müxtəlif canlılar üzərində oxşar praktikalar tətbiq edirlər.

Məlumata görə, seansların qiyməti heyvanın ölçüsündən asılı olaraq 5-10 ABŞ dolları arasında dəyişir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
qafqazinfo.az

1Источники