BAKI, 27 may. TELEQRAF
Livandan İsrail istiqamətinə raket atılıb.
Teleqraf xəbər verir ki, raket İsrail ərazisini keçərək açıq sahəyə düşüb.
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) açıqlamasında bildirilib ki, ölkənin şimal bölgələrində hava həyəcan siqnalları işə düşdükdən sonra raket buraxılışı qeydə alınıb.
Qeyd olunub ki, mərmi sərhədi keçərək yaşayış olmayan əraziyə düşüb və heç bir dağıntıya səbəb olmayıb.
SAXAL həmçinin hadisə nəticəsində xəsarət alanların olmadığını açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl İsrail aviasiyasının bir sutka ərzində Livanın cənub və şərqində yerləşən 47 yaşayış məntəqəsinə zərbələr endirdiyi bildirilmişdi.