I Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, nəticəsi ləğv olunan “Zaqatala” – MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.
Sonuncu – XXVII turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.
Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.
14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. I Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.
Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. Premyer Liqaya vəsiqə qazanan “Şəfa” 3-cü olub.
klub
tamaşaçı
oyun
orta
1
Mingəçevir
11520
14
823
2
Zaqatala
4360
13
335
3
Şəfa
3070
14
219
4
Səbail
2060
14
147
5
MOİK
1240
13
95,4
6
Baku Sportinq
1135
14
81,1
7
Difai
915
13
70,4
8
Şahdağ Qusar
510
13
39,2
9
Cəbrayıl
440
13
33,8
10
Şimal
460
14
32,9
cəmi
25710
135
190
"Neftçi"də "yarpaq tökümü" - ONLAR GÖNDƏRİLDİLƏR
"Sabah"da ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
AFFA "Qarabağ"ı CƏRİMƏLƏDİ
AFFA İntizam Komitəsinin iclası keçirilib