"Fənərbaxça"nın heyətindəki uğurlu çıxışından sonra qış transfer pəncərəsində Fransa Liqa 1 təmsilçisi "Renn"ə keçən Sebastyan Şimanski yenidən Türkiyəyə qayıda bilər.
QOL.az xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, "Trabzonspor" polşalı futbolçunun transferi üçün hərəkətə keçib. Klubun polşalı oyunçunun meneceri ilə ilkin danışıqlar apardığı və transfer şərtlərini müzakirə etdiyi bildirilir.
Qeyd edək ki, qış transfer pəncərəsində keçdiyi "Renn"də göstərdiyi performansla diqqət çəkən Sebastyan Şimanskinin Fransa klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.